Qırmızı.az
Dımıqlıq, ənqa, hafıltı... Bunlar bizim dildəymiş
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin növbəti siyahısını açıqlayıb.
"Report" həmin siyahıda yer alan sözlərdən bəzilərini təqdim edir.
Mənşəyi və mənası anlaşılmayan sözlər: darısqalolma, dilotuyemə, dilsındırma, diltərpənməz, diltərpətməz, diltərpətməzlik, diltutma, dilvarılıq, dımbır, dımıqlıq, dımıqolma, dımırcıqlı, dina, dın-dın, diniş, dınqır-dınqır, dınqırıq, dır-dıretmə, diriciyəz, dırmığabənzərlik, dırmığaoxşarlıq, diskontetmə, dişkirəsi, dişqozu, dişlicə, diştəhərlik, dit-dit, dit-ditetmə, ditetmə, dız, dız-dız, dız-dızoynama, dızqax, dızqax-dızqax, dızqaxlıq, dızman, dızmanlıq, dızz, dodaqsalma, dodaqşəkillilik, dodaqvarılıq, dodemə, dodu, dodu-dodu, doduluq, doduluqetmə, doduoynatma, dom-dom, donca, donluqsuzluq, donuzbala və s.
Dialekt və ara sözləri: ditdi, çöpükləmə, çöpükləmək, çöpüklü, dızax, dızaq, dızıxqulu, dızıxlıq, doblabaca, gədəbaşı, gumbadan, hafıldama, hafıldamaq, hafıltı, keçələt, qıvxırıq, qıvxırma, qıvxırmaq, laslama, laslamaq, lat-lüt, lavaşqulaq, lət-mət və s.
İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər: əngəlüzar, ənin, ənkəbut, ənqa, ənqaz, ənqərib, ənvar, ənzar, ərbəin, ərcümənd, ərğənun, ərqəvan, ərqəvani, ərradə, ərş-gürş, ərşi-əla, ərşi-ilahi, ərus, ərusək, ərvah və s.
Qeyd edək ki, hazırda "İşlək orfoqrafiya lüğəti" üzərində iş aparan Tərcümə Mərkəzi bu günə kimi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan minlərlə lazımsız sözləri ictimaiyyətə təqdim edib.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın