Çavuşoğlu: “Çevriliş cəhdindən dərhal sonra Bakı...”
Bizi izləyin

Nida.az

Çavuşoğlu: “Çevriliş cəhdindən dərhal sonra Bakı...”

"Dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycandan güclü dəstək aldıq".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


Onun sözlərinə görə, Azərbaycan dəstəyini yalnız telefonla deyil, atdığı addımlarla da göstərdi: "Bir millət olduğumuzu göstərən də budur".

M.Çavuşoğlu son dövrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə də toxunub.

"Bu məsələ ilə bağlı təmaslar artıb. Rusiyanın ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflər ortadadır. Bunların içində Azərbaycanın qəbul edəcəyi məsələlər də var. Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik", - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm