Prezidentə qarşı sui-qəsd cəhdi – Səfər təxirə salındı
Bizi izləyin

Dünya

Prezidentə qarşı sui-qəsd cəhdi – Səfər təxirə salındı

Misir prezidenti Əbdül Fəttah əs-Sisi Mavritaniyada keçiriləcək Ərəb Liqasının sammitində iştirak etməkdən imtina edib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb prezidentin həyatına sui-qəsd ediləcəyi ilə bağlı məlumatın əldə olunmasıdır.

Bildirilib ki, bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil.

Qeyd edək ki, Ərəb Liqasının sayca 27-ci sammiti bu gün Mavritaniyanın paytaxtı Nuakşotda işə başlayıb. Sammitdə Misiri baş nazir Şerif İsmayıl təmsil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm