AKP-çi deputatlar Gülən üçün Azərbaycana gəlir – ÖZƏL
Bizi izləyin

Nida.az

AKP-çi deputatlar Gülən üçün Azərbaycana gəlir – ÖZƏL

Avqustun əvvəlində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan bir qrup deputat və partiyaya yaxın olan media nümayəndələri Azərbaycana səfər etməyi planlaşdırır.

Publika.az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyədən gələcək nümayəndələrin Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

Səfərin əsas məqsədi Türkiyədə baş verən 15 iyul hadisələri və "Fətullahçı" terror təşkilatı ilə bağlı Azərbaycan tərəfi ilə müzakirələr aparmaqdır.

Səfər zamanı Türkiyədən gələcək deputat və media nümayəndələrinin Azərbaycanda bir qrup millət vəkili və kütləvi informasiya vasitələri (KİV) rəhbərləri ilə görüşü gözlənilir.

Səfər edəcək şəxslərin AKP-yə yaxın adamlar olduğu və hazırda onların Azərbaycana səfəri ilə bağlı diplomatik danışıqlar aparıldığı deyilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm