Ərdoğanla müxalifətin görüşündə nələr müzakirə edildi?
Bizi izləyin

Dünya

Ərdoğanla müxalifətin görüşündə nələr müzakirə edildi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşü başa çatıb.

Publika.az “Report”a istinadən xəbər verir ki, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə Ədalət və İnkişaf partiyasının sədri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib.

Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri görüşə qatılmayıblar.

Görüşdə məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı nümayiş etdirdiyi mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləmək olub.

Görüş 2 saat 40 dəqiqə çəkib.

CHP-nin yaydığı açıqlamada görüşün Türkiyədə bundan sonrakı proseslərdə normal siyasətin yürüdülməsi istiqamətində müsbət olduğu və gələcəkdə atılacaq addımları asanlaşdırdığı bildirilib.

Qeyd edək ki, bu, Ərdoğanın Türkiyə prezidenti seçildikdən sonra müxalifət liderlərinin Beştəpədəki iqamətgahda ilk dəfə qəbulu, eyni zamanda üç partiyanın bir araya gəlməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm