Dünyanın ən böyük vertolyotunu 20 metr sürüdü
Bizi izləyin

Dünya

Dünyanın ən böyük vertolyotunu 20 metr sürüdü

Belarus pəhləvanı Kiril Şimko dünyanın ən böyük vertolyotu olan Mi-26-nı 20 metr dartıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Şimko bu nömrəni Minskin Lipki aerodromunda - aviasiya idmanı festivalında yerinə yetirib.

Belarus Fövqəladə Hallar Nazirliyinə aid olan vertolyotun çəkisi 28,2 ton təşkil edir.

Qeyd edək ki, Şimko müxtəlif texnikaların hərəkətə gətirilməsi üzrə nailiyyətləri ilə məşhurdur. O, daha əvvəl 150 tonluq təyyarə, T-34 tankı, BelAZ avtomobili və 118 tonluq özüboşaldan kranı hərəkətə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm