İlhamə Quliyevanın sonuncu mahnısı – VİDEO
Bizi izləyin

Magazin1

İlhamə Quliyevanın sonuncu mahnısı – VİDEO

Ölməz sənətkarİlhamə Quliyevanın heç yerdə səslənməyən mahnısı üzə çıxıb.

Publika.az 1Xəbər.com-a istinadən xəbər verir ki, sözləri Alovlu Ülviyyəyə, musiqisi Ramal İsrafilova aid mahnı “Hədiyyəm olsun” adlanır.

Mahnı İlhamə xanımla Ramalın dueti şəklindədir.

“Hələ bir neçə il öncə lentə alınmış mahnı texniki səbəblərdən efirə heç cür yol tapmırdı. Amma İlhamə xanımın vaxtsız və gözlənilməz dünyasını dəyişməsi bizi mahnıya yenidən qayıtmağa məcbur elədi. Bu dəfə artıq mahnı tam hazır versiyada İlhamə xanımı sevərlərin simasında bütün klassik Azərbaycan estradasını sevənlərə təqdim olunur” – deyə, Ramal sevincini gizlətməyib.

“Bu mahnının adı “Hədiyyəm olsun” olduğu kimi İlhamə xanımın ad günündə ruhuna hədiyyə olsun!” – deyən şairə Alovlu Ülviyyə – “Sözlərimə yazılan bu mahnıda məhz İlhamə xanımın səsini eşitmək mənə qürur verir. Səsi, mahnıları yaşadıqca, İlhamə xanım yaşayır. Ruhu şad olsun!” – deyərək, fəxr hissi ilə də bölüşüb.

Mahnı 106.3 FM radiosunda eksklüziv səsləndirildiyi üçün hələlik mahnıdan yalnız bir parçanı sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm