"Qarabağ" komandası səfərə yola düşüb
Bizi izləyin

İdman

"Qarabağ" komandası səfərə yola düşüb

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olacaq "Qarabağ" komandası səfərə yola düşüb.

Publika.az Qarabağ klubunun saytına istinadən xəbər verir ki, komanda bu gün saat 15:30-da Bakı - Plzen reysi ilə ölkəni tərk edib. Axşam saatlarında komandanın oyunun keçiriləcəyi şəhərə çatdığı gözlənilir.

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya Plzen"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm