Qaz borusu partladıldı
Bizi izləyin

Dünya

Qaz borusu partladıldı

Nigeriyanın cənub-şərqindəki Akva İbom ştatında dövlətə aid təbii qaz boru xəttində partlayış olub.

Nigeriya polisi partlayışın texniki səhvdən qaynaqlandığını desə də, təbii qaz boru xəttlərinə hücumlar təşkil etməklə məşhur olan "Niger deltası İntikamcıları" adlı silahlı qrup hücumu boynuna götürüb.

Silahlı qrupun fevral ayından bu yana ölkənin cənubundakı Delta bölgəsində olan neft yataqlarına hücumlar təşkil etdiyi bildirilir.

Hücumlardan sonra Nigeriyanın gündəlik neft istehsalı 2016 –cı il büdcəsində nəzərdə tutulan gündəlik 2,2 milyon bareldən 1 milyon barelə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm