154 aviareys ləğv olundu, 208-i təxirə salındı
Bizi izləyin

Dünya

154 aviareys ləğv olundu, 208-i təxirə salındı

Bu gün Nyu-York hava limanlarında 154 reys ləğv olunub, 208-i təxirə salınıb.

Admiral.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb əlverişsiz hava şəraitidir.

Con Kennedi adına Beynəlxalq Hava Limanında güclü külək və şimşəklə müşayiət olunan şiddətli yağışla əlaqədar 57 reys ləğv olunub, 95-i təxirə salınıb. La-Quardia aeroportunda isə 97 uçuş ləğv, 113-ü təxirə salınıb.

ABŞ Meteoroloji xidməti qısa fasilədən sonra havanın yenidən pisləşəcəyini proqnozlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm