Nazirlikdən “Hafka”nın qardaşına QADAĞA
Bizi izləyin

Ekopublika.az

Nazirlikdən “Hafka”nın qardaşına QADAĞA

Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan vergi ödəyicilərinin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Qeyd edək ki, Vergilər Nazirliyi Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin adlarını açıqlayıb. Onlar arasında "BAKI" FUTBOL KLUBU MMC-nin rəhbəri Zeynal Məmmədov (Məcid oğlu), "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin tərkibindəki "Akkord Hydrotechnical Construction Company" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Bürhan Həmidov kimi iş dünyasına adları yaxşı bəlli olan şəxslər var.

Bildirək ki, Zeynal Məmmədov məşhur iş adamı Hafiz Məmmədovun (Hafka) qardaşıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm