Ərdoğan Avropa Birliyinə ŞƏRƏFSİZ dedi
Bizi izləyin

Dünya

Ərdoğan Avropa Birliyinə ŞƏRƏFSİZ dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə vəziyyətin tətbiqinə görə Ankaranı tənqid edən və ölüm cəzası bərpa ediləcəyi halda, üzvlük prosesini dayandıracağını bildirən Avropa Birliyinin (AB) rəsmilərinə cavab verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı Almaniyanın ARD telekanalına müsahibəsində AB-nin bu mövqeyini “şərəfsizlik” adlandırıb.

“Biz artıq 53 ildir Avropa Birliyinin qapıları qarşısında dayanmışıq və ölüm cəzasını ləğv etdik. Amma nə dəyişdi? İstənilən demokratik dövlətdə qərarlar vətəndaşlar tərəfindən qəbul edilir. Və indi xalq nə deyir? O, edamı tələb edir… Əgər hərbi çevriliş cəhdi müvəffəqiyyətli olsaydı, minlərlə insan həlak olardı. Buna laqeyd qalmaq olarmı? İctimaiyyətin mövqeyi birmənalıdır və onunla hesablaşmaq lazımdır. Şəxsən mən Avropa Birliyinin mövqeyini şərəfsizlik hesab edirəm”, - Ərdoğan bildirib.

Prezident hərbi çevrilişə cəhdi özünün siyasi karyerasının ən kritik dövrü adlandırıb. O, əlavə edib ki, fövqəladə vəziyyət rejiminin uzadılması ölkədə vəziyyətin inkişafından asılıdır: “Əgər vəziyyət normallaşarsa, o halda fövqəladə vəziyyət rejiminin uzadılması üçün səbəblər olmayacaq. Məsələn, Fransada çevrilişə heç bir cəhdi yox idi. Terror aktı baş verirdi. Həm də Fransada baş verənlər Türkiyədəki hadisələrlə müqayisəedilməzdir. Amma Fransada fövqəladə vəziyyət rejimi artıq 9 aydır qüvvədədir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm