Qara qüvvələrdən uzaq olmaq üçün bu əşyaları atın
Bizi izləyin

Dizayn

Qara qüvvələrdən uzaq olmaq üçün bu əşyaları atın

Evinizin aurasını təmizləmək istəyirsinizsə, o halda onun energetikasını zibilləyən əşyaları tullayın getsin!

Evinizin aurasını təmizləmək istəyirsinizsə, o halda onun energetikasını zibilləyən əşyaları tullayın getsin!

Publika.az xəbər verir ki, Fen Şui fəlsəfəsinə görə, evdə olan əşyalar bizim şüuraltı gələcəyimiz və istəklərimizlə bağlıdır. Və heç də evdə olan bütün əşyalar fayda gətirmir, bəziləri evin enerjisini zibilləyir. Evin energetikasına mənfi təsir göstərən əşyaların siyahısını təqdim edirik.

1. Cırılmış paltar və ya ayaqqabıları evdə saxlamayın.

2. Sınmış və çatlamış qab-qacağı evdə saxlamayın. Çünki yemək dəsti ailəni simvolizə edir, sınmış qabların energetikası isə münasibətlərdə özünü əks etdirir və problemlər yaradır.

3. Sınmış məişət əşyaları və güzgülər də uğursuzluq gətirir. Evin aurasının təmizliyinə riayət etməyə çalışın və evi lazımsız əşyalarla doldurmayın. Yadda saxlayın ki, qara qüvvələr qırılmış, sınmış, çirkli əşyaları, eləcə də çirkli bədəni və qəlbləri sevir.

4. Ürəyinizcə olmayan hədiyyələr də bədbəxtlik gətirir, çünki onlar ya pis niyyətlə və ya şər ilə verilib.

5. Göz üçün diskomfort yaradan rəsm əsərləri psixoloji cəhətdən mənfi təsir edir, mənəvi rahatlığı pozur.

6. Vəhşi heyvanların qopmuş başı, dərisi ailə üzvlərinin münasibətlərinə neqativ enerji ötürür, təcavüzkarlıq hissi və əsəbilik yaradır. Belə dekor əşyaları hətta mübahisə və qalmaqallara da təhrik edə bilər.

7. Xoşagəlməz keçmişi xatırladan əşyalardan dərhal qurtulun. Onlar sizdə səbəbsiz kədər yaradır.

8. Cadu məqsədi ilə istifadə edilən əşyaların, bəzi Afrika və şərq atributları da (maskalar, heykəllər, rəmzləri) zərərli enerji mənbələri ola bilər.

9. Şübhəli tarixi olan əntiq əşyalar da uğur vəd etmir.

10. İtibucaqlı, kəsici mebelləri evdə saxlamayın.

11. Qamış isə xəstəlik gətirir, hətta ölümə səbəb olur.

12. Sarmaşıq ev sahiblərinə müxtəlif xəstəliklər gətirmək xüsusiyyətlərinə malikdir. Həmçinin hesab olunur ki, sarmaşıqlar qadınları tənhalığa sürükləyir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm