“Qarabağ” Çexiya sınağında: hesab açılmadı (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Qarabağ” Çexiya sınağında: hesab açılmadı (YENİLƏNİB)

İyulun 26-da Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olub.

Plzen şəhərindəki “Dusan Arena”da keçirilən qarşılaşmanı makedoniyalı baş hakim Aleksandar Stavrev idarə edib.

Görüşün ilk hissəsində Çexiya təmsilçisi üstün olsa da, hesab açılamyıb. İkinci hissəyə də “Viktoriya” fəal başlayıb. Görüşün 75-ci dəqiqəsində kobud oyuna görə, “Viktoriya”nın futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqib komandanın azlıqda qalmasına baxmayaraq “Qarabağ” bundan yararlana bilməyib.

Beləliklə, “Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

***

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Publika.az bildirir ki, son Azərbaycan çempionu “Qarabağ” növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Çexiyanın “Viktoriya” komandasının qonağı olacaq. Ardıcıl üçüncü dəfə ÇL-in III təsnifat mərhələsində oynayacaq Ağdam təmsilçisi “pley-off”a vəsiqə qazanmağa çalışacaq.

Bunun üçün isə səfərdən sərfəli nəticə ilə ayrılmaq lazımdır.

“Dusan Arena”da keçiriləcək “Viktoriya”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.

26 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:15. “Viktoriya” (Çexiya) – “Qarabağ” (Azərbaycan) - 0:0 (İkinci hissə oynanılır)

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)

Plzen. “Dusan Arena” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm