İŞİD-in Azərbaycandakı yuvası bağlandı
Bizi izləyin

Qırmızı.az

İŞİD-in Azərbaycandakı yuvası bağlandı

Bu gün səhər saatlarından etibarən İçərişəhərdə yerləşən Ləzgi Məscidi kimi tanınan Aşurbəy məscidi qapadılıb. Məscidin təmirə bağlandığı qeyd olunur.

Qeyd edək ki, Moderator.az bu məscidlə bağlı tez-tez müxtəlif səpkilərdə yazılarla çıxış edib.

Bu məscid Azərbaycanda fəaliyyət göstərən məscidlərin içərisində ən radikal məscid olub. Bu gün Suriya və İraqda İŞİD-ə üzv olub vuruşan yüzlərlə azərbaycanlı məhz bu məsciddən çıxıb. Məscidin əsas ideoloji xəttini isə hamının daha çox cihadçı kimi tanıdığı Əlixan Musayev qoyub. Əlixan Musayev hələ bir neçə ay bundan öncə Suriyada vuruşan İŞİD-çiləri müdafiə etməsi cəmiyyətdə müzakirələrə səbəb olmuşdu.

Məscid icmasının sədri Faiq Mustafa da mətbuata verdiyi açıqlamalarda İŞİD qruplaşmasını üstü örtlü müdafiə edərək onları terrorçu adlandırmayıb. Ləzgi Məscidinin imamı Mübariz Qurbanov isə 5 aydır ki, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır. Son illər yüzlərlə həmyerlimizi öz təsir altına salan İŞİD-in Azərbaycandakı yuvası sayıla biləcək bu məscidin qapadılması ölkədə yarana biləcək dini radikalizmin qarşısını almaq üçün vacib addımlardan hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm