Metrodan sərnişinlərə XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Metrodan sərnişinlərə XƏBƏRDARLIQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Bakı Metropolitenindən istifadə qaydaları"nda sərnişinlərin mütləq riayət etməli olduğu müəyyən qaydalar nəzərdə tutulub. Qaydaların sərnişin təhlükəsizliyinə necə cavab verməsinin səbəbləri ilə bağlı Bakı metropoliteninin mütəxəssisləri yaddaş kitabçası hazırlayıblar.

“Baklı Metropoliteni”ndən Publika.az-a verilən məlumatada bildirilib ki, sərnişinlər bu qaydalara riayət etməklə, ilk növbədə, özlərinin, eləcə də digər sərnişinlərin təhlükəsizliyinə xidmət edir.

Bununla yanaşı, sərnişinlər yanğın zamanı və qatar yoluna yıxılarkən, təhlükəsizlikləri üçün bəzi qaydaları yadda saxlayıb, onlara mütləq əməl etməlidirlər.

Onların əhəmiyyətini, xüsusən də sərnişinlərə faydasını nəzərə alaraq, yaddaş kitabçasını metro.gov.az saytında "Sərnişinlər üçün" bölməsində ayrıca yaradılmış "Yaddaş kitabçası" yarımbölməsində yerləşdirilib.

Sərnişinlər bu yaddaş kitabçasını "Adobe acrobat" proqramı vasitəsilə yükləyərək, daimi istifadə edə və müvafiq formatı dəstəkləyən mobil cihazlarda saxlaya bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm