Azərbaycanı qarışdırmaq istəyən şəxsdən Türkiyəni parçalamaq cəhdi – FOTOLAR
Bizi izləyin

Dünya

Azərbaycanı qarışdırmaq istəyən şəxsdən Türkiyəni parçalamaq cəhdi – FOTOLAR

2013-cü il mayın 28-də Türkiyənin Taksim Gəzi parkında baş verən kütləvi etiraz aksiyalarının xaricdəki əsas müəllifinin adı məlum olub.

Publika.az xarici mediaya istindən xəbər verir ki, sözügedən şəxs əslən Serbiyadan olan və 2000-ci illərdə Yuqoslaviyanın sabiq prezidenti Sloban Miloşeviçi hakimiyyətdən devirən “OTPOR” gənclər hərəkatının lideri, inqilab texnoloqu İvan Maroviçdir.

O, 2013-cü ildə Gəzi parkı hadisələrini Almaniya kəşfiyyatının göstərişi ilə işləyib hazırlayaraq, daha sonra sosial şəbəkələr vasitəsilə Türkiyə cəmiyyətinə transfer edib. Eyni zamanda Türkiyənin daxilində olan bir sıra qüvvələr də İvan Maroviçin planının reallaşmasına dəstək veriblər. Bütün bunların nəticəsində isə Gəzi parkı etirazları sıradan bir hadisə olsa da, ancaq kənardan verilən müdaxilə və dəstəklə genişlənməyə başlayıb.

“Almaniyanın adamı” kimi tanınan İvan Maroviç 2010-cu ildə ərəb ölkələrində baş verən və dünyada “ərəb baharı” adı ilə tanınan kütləvi etiraz dalğasının da əsas “memarı” hesab olunur. Buna qədər isə o, İran, Zimbabve, Myanma, Venesuela, Fələstin, Mərakeş, Ukrayna, Gürcüstan, Belarus və Azərbaycanda da kütləvi iğtişaşlar hazırlamaq istəyib. Ancaq İ.Maroviç yuxarıda adları çəkilən ölkələrdən bəzilərində zəif idarəçilik sistemləri olduğu üçün öz istəklərini həyata keçirə bilib.

Ümumiyyətlə, İvan Maroviç bir sıra sabit ölkələrdə mövcud iqtidarları devirmək üçün özünəməxsus mübarizə yolları seçib. O, həmin ölkələrdə iqtidara qarşı olan gənclərin sosial şəbəkələrini nəzarət altında saxlayaraq, onları qəddarlaşdıracaq materiallar yayır. Bu materialları görən kütlə isə fərqini varmadan hakimiyyətə qarşı çıxmağa cəsarət tapır və bunu özünə hədəf seçir.

İvan Maroviç medianı və sosial şəbəkələrdə olan insanları necə idarə etməkdə mahir olduğu üçün Ərəb ölkələrinin gəncləri də inqilab etmək üçün 5 il öncə ondan çox şeyi öyrəndiklərini etiraf ediblər. Dünya yaxın tarixdə belə nümunələrə Ukraynanın, Misirin, Tunisin və digər ölkələrin timsalında şahid olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm