Məzahir Pənahov MSK üzvünü təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Məzahir Pənahov MSK üzvünü təbrik etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il iclas protokolu, MSK-nın bəzi normativ xarakterli aktları və cari məsələlərə baxılıb.

Çıxış edən MSK sədri Məzahir Pənahov ilk olaraq Mərkəzi Seçki Komissiyasının üzvü Almaz Qəhrəmanlını ad günü münasibətilə təbrik edib.

Daha sonra M.Pənahov gündəlikdə dayanan məsələləri elan edib.

İlk olaraq Azərbaycan Mərkəzi Seçki Komissiyasının 3 iyun və 29 iyun 2016-cı il iclas protokolları səsə qoyularaq təsdiq edilib.

İclasda MSK-nın bəzi normativ xarakterli aktları məsələsinə də baxılıb. Məsələ ilə bağlı MSK-nın katibi Arifə Muxtarova çıxış edib.

Daha sonra təklif qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm