Doqquz aylıq intizarın sonu, CİA-nın hərbi çevriliş cəhdi... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Doqquz aylıq intizarın sonu, CİA-nın hərbi çevriliş cəhdi... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu gün çoxdan gözlənilən bir görüşün vaxtı və yeri açıqlandı. Türkiyədə hərbi çevriliş cəhdindən sonra baş verən hadisələri gündəmi tərk etmir. Ermənistanda isə silahlı müqavimət davam edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini tarixi açıqlanıb. Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek bildirib ki, prezident R.T.Ərdoğan avqustun 9-da Sankt-Peterburqa səfər edəcək. Səfər zamanı Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Dövlət Bağçalı: "Qiyamın arxasında CİA və..."

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Türkiyədə baş verən 15 iyul hadisələrinin arxasında ABŞ dövlətinin dayanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Baxçalı Türkiyənin ciddi problemlə qarşı-qarşıya olduğunu söyləyib: "Əgər doğrudan da 15 iyul hadisələrinin arxasında ABŞ-ın Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) dayanırsa, deməli Türkiyə çox ciddi problemlə üzləşib. Əgər Türkiyədə baş verən 15 iyul hadisələrinin arxasında ABŞ dövləti varsa və doğrudan da "İncirlik" bazası üzərindən qiyama cəhd edibsə, deməli bu, iki ölkə arasındakı müttəfiqlik əlaqələrinə zərbə vuracaq".

Hərbi çevriliş cəhdində CİA izi? – Moskvadan ŞOK İDDİA

Rusiya parlamentinin aşağı qanadı olan Dövlət Dumasının təhsil komitəsinin başçısı Vyaçeslav Nikonov Fəthullah Gülənin mümkün ekstradisiyasını şərh edib.

Komitə başçısı Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üçün çalışdığını və ABŞ-ın Güləni Türkiyəyə qaytarmayacağını deyib. "Hərbi çevriliş cəhdində Amerikanın izi var. Gülənin CİA üçün işlədiyini hər kəs çoxdandır bilir. Güləni Türkiyəyə qaytarmayacaqlar", - Nikonov "Rossiya-1" telekanalının efirində söyləyib.

Amerika diplomatlarının ailələri Türkiyəni tərk edir – TERROR XƏBƏRDARLIĞI

ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Türkiyədə terror təhlükəsi haqqında xəbərdarlığı yeniləyib.Bu haqda ABŞ-ın Ankaradakı səfirliyinin saytında bildirilir.

ABŞ Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Amerika diplomatlarının ailələrinə ölkəni tərk etməsinə səlahiyyət verib.

FETÖ əməliyyatı XİN-də - 2 səfir vəzifədən uzaqlaşdırıldı

Fətullahçı Terror Təşkilatının (FETÖ) qarşı mübarizə çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyində 2 səfir vəzifəsindən uzaqlaşdırılıb. Vəzifəsindən uzaqlaşdırılanlar Türkiyənin Kanadadakı səfiri Tuncay Babalı ve Gürcan Balıkdır. Xarici işlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi müsahibəsində səfirlər səviyyəsində təmizləmələrin olacağını açıqlamışdı.

BBC-də ŞOK ŞƏRH: "Ərdoğan öldürülməli idi"

İngiltərənin BBC kanalının efirində Türkiyədəki hərbi çevrilişə əlaqədar qalmaqallı ifadələr işlədilib.

"Sky News" kanalının diplomatiya redaktoru Tim Marşall qiyamçıların ən əhəmiyyətli səhvinin prezident Rəcəb Tayyib Ərdoğanı öldürməməsi olduğunu söyləyib. "Etmələri lazım olan ilk şey Ərdoğanı öldürmək, ya da həbs etmək idi", - o, vurğulayıb.

O, həmçinin qiyamçıların etdikləri çox şeyin doğru olduğunu əlavə edib.

İrəvanda toqquşma: polis insanları güllələdi

Dünən axşam saatlarında İrəvanda qiyamçıların tutduğu polis-patrul alayının binası yaxınlığında silahlı toqquşma baş verib. Toqquşmada polislər binanı tutan silahlı qrupun iki üzvünü – Aşot Petrisyan və İvanes Arutyunyanı ayağından yaralayıblar. Hazırda silahlı qrupa heç bir qida verilmir, həmçinin, onların elektrik enerjisi kəsilib.

Bu gün isə "İrs" partiyasından olan deputat Zarui Postandjyan qida məhsullarının silahlı qrupa vermək üçün həmin əraziyə gəlib. Lakin polis ona da imkan verməyib. "Təsisedici parlament" təşkilatı isə xalqı hakimiyyətə qarşı birləşməyə çağırıb.

Siyasi qüvvələr isə qiyamçıların tərəfinə keçir. Ermənistanda "İttifaq" partiyası polis-patrul alayının binasını tutan silahlı qrupun tərəfinə keçdiyini bəyan edib.

Partiya xalqın kütləvi iradəsindən kənara qala bilmədiklərini deyiblər. "İttifaq" partiyası rəsmən "Sasunski cəsurları" qrupuna dəstək olaraq xalq hərəkatına qoşulduğunu elan edir. Bunu hakimiyyət də bilməlidir. Xorenasi küçəsində bu gün keçiriləcək mitinqdə bizim partiya da iştirak edəcək", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, "İrs" partiyasının parlamentdəki fraksiya rəhbəri Zarui Postandjyan da qiyamçılara dəstək verir.

Rus təyyarəsi UNO ilə TOQQUŞDU

Rusiya təyyarəsinin xaricinə quraşdırılmış kameraya uçan naməlum aparatların görüntüləri düşüb. Hadisə iyulun 14-də baş verib. Görüntülər youtube-da yerləşdirilib. Bir çox ufoloqlar bu videonun xarici sivilizasiyanın varlığına ən yaxşı sübut olduğu deyir.

Silahlılar insanları girov götürdü

Bıçaqla silahlanan iki şəxs Fransanın şimalında yerləşən Sent-Etyen-dyu-Ruvre şəhərciyində yerləşən bir kilsədə insanları girov götürüb.

Hadisə yerinə operativ reaksiya gücləri göndərilib. Əməliyyatın gedişatında hücum edənlər öldürülüb. Girovlardan biri – kilsənin keşişi boğazı kəsilərək öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm