Əsgər yeməyindəki tarakanlar - FOTOLAR
Bizi izləyin

Dünya

Əsgər yeməyindəki tarakanlar - FOTOLAR

Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Yuri Biryukov Ukrayna Silahlı qüvvələrinin hərbi qulluqçularının qidalanmasından şikayətlənib.

Publika.az xəbər verir ki, bu haqda Biryukovun “Facebook”dakı səhifəsinə istinadən “Korrespodent.net” bildirib.

“Bir hərbi hissənin səkkiz döyüşçüsü tibb məntəqəsinə zəhərlənmə ilə bağlı müraciət ediblər. Yerli komandanlığın reaksiyası ildırım sürətli idi. Döyüşçülərlə “tərbiyəvi” söhbət aparılıb və onlar özlərini əla hiss edirlər”, - dövlət başçısının məsləhətçisi vurğulayıb.

O, “Facebook” səhifəsində üzərində qurdlar və tarakanların olduğu yemək şəkillərini dərc edib. Ancaq Biryukov həmin yeməklərin verildiyi hərbi hissələrin adlarını açıqlamayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm