Astroloji proqnoz - 27 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 27 iyul

Qoç - maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, boş yerə pul xərcləməyin. Ailədə kiçik, amma xoşagəlməz problemlər ola bilər. Yaxınlarınızla kəskin mübahisələr etməyin. Axşam saatlarında ciddi qarşıdurmaya yol verməmək üçün həssas və qayğıkeş olun.

Buğa - bir qədər əvvəl başladığınız işləri bitirməmiş yeni işlərə başlamayın. Düşünülməmiş, tələsik qərarlar verməyin. Peşəkar fəaliyyətinizlə bağlı önəmli məsələlərin nəzərdən keçirilməsi üçün əlverişli zaman deyil. İşdə həmkarlarla münasibətləri korlamamaq, işgüzar tərəfdaşlarla ünsiyyətdə aqressiv davranmamaq üçün səy göstərin.

Əkizlər - bilik və bacarıqları artırmaq, yeni informasiyalar əldə etmək olar. Təcrübənizi daha səbatlı edin. Seçdiyiniz, bələd olduğunuz istiqamətdə hərəkəti davam etdirin. Dayanmayın, tərəddüdə qapılmayın.

Xərçəng - şəxsi münasibətlərdəki psixoloji amilləri nəzərə alın. Dostlarla yaxınlara yaxşı məsləhətlər verərək öz problemlərinizin öhdəsindən gəlməyi unutmayın.

Şir - mürəkkəb, gərgin gündür. Sədlərlə maneələri dəf edərkən dəyərli təcrübə əldə edəcəksiniz. Faydalı əlaqələr də yarada bilərsiniz. Lakin probelmlər yaratmamağa, baha başa gələn təcrübədən xali olmağa çalışın. Aldığınız işgüzar təklifləri diqqətlə araşdırın. Onlar ilk baxışdan göründüyü qədər cazibədar deyillər.

Qız - qəbul edəcəyiniz tələsik qərarlar maliyyə itkilərinə səbəb ola bilər. Şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri hiss olunmayacaq. Narahat olmayın, hər şey yaxşı olacaq. Özünüz mübahisələrə və münaqişələrə zəmin yaratmasanız, yaxınlarınızla təmaslarınız harmonik olacaq.

Tərəzi - müsbət təmayüllərin təsiri artır. Bunu hiss edəcəksiniz. Əhvalınız, durumunuz pis olmayacaq. Hətta çox işləməli olsanız belə, yorğunluq hiss etməyəcəksiniz. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. İşlə bağlı mühüm məsələləri ertələməyin. Belə məqamları müzakirə etməyi unutmayın.

Əqrəb - işgüzar danışıqlar pis keçməyəcək. Dövlət qurumlarından biri ilə bağlı problemi həll etmək olar. Şəxsi münasibətlərdə irəliləyişlər istisna deyil. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oxatan - Təxəyyülünüz pis deyil. Günün ikinci yarısında romantik görüş sizdə xoş ovqat yaradacaq. Sevdiyiniz insanla soyuq olmayın. Axşam saatlarında maraqlı tanışlıq istisna deyil. Fəqət bu tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.

Oğlaq - çoxdan bəri həyata keçirmək istədiyiniz, amma reallaşdırmağa cürət etmədiyiniz planlardan birini gerçəkləşdirin. Əlverişli situasiyadır. Qarşınıza qoyduğunuz ən önəmli məqsədə çatmaq üçün bir qədər də fəal olun. Süstlüyə qapılmayın. Peşəkar fəaliyyət sahəsində yeni perspektivlər yaranır. Yaxşı gəlir əldə etmək şansları var.

Dolça - pis gün deyil. Aktiv olun, mühüm işləri təxirə salmayın. Səhər saatlarını rəğbətini qazanmaq istədiyiniz insanlarla ünsiyyətə həsr etmək olar. Özünüzlə bağlı normal təəssürat yaratmağa çalışın. Gəlirlər istisna deyil.

Balıqlar - işgüzar məsələlərlə bağlı görüşlərdə məntiqli olun. Şəxsi münasibətlərdəki önəmli məqamları və sizi çoxdan bəri narahat edən məqamları müzakirə edin. Mübahisəli nüansların üzərindən sükutla keçməyin. Yeni ideyalardan bəzilərinin sayəsində həyatınızı asanlaşdırmaq, dəyər verdiyiniz insanları sevindirmək şanslarınız var.

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm