Dünya
Sadəcə bazar ertəsini sevmədiyi üçün silaha əl atdı - FOTO
29 yanvar, 1979-cu ildə Amerika dəhşətli bir xəbərlə səhəri açmışdı. Belə ki, Brenda adlı 16 yaşlı yeniyetmə məktəblə üzbəüz olan evlərinin pəncərəsindən avtomatla atəş açaraq, 2 nəfəri öldürmüş, 9 nəfəri isə yaralamışdı.
Yaralananlardan 8-i uşaq, 1-i isə polis əməkdaşı idi. Həlak olan 2 nəfər isə uşaqları xilas etməyə çalışan böyüklər idi. Daha sonra Brenda özünü evə qapayır və düz 7 saat orada qalır, lakin nəticədə təslim olmaq məcburiyyətində qalır.
O bazar ertəsini sevmirdi..
Hadisənin yeniyetmənin törətməsindən əlavə digər çox təəccüblü təfərrüatları da mövcuddur. Brendadan bu dəhşətli aktı niyə etdiyini soruşdurda, o çox soyuqqanlı şəkildə cavab verir: "Mən sadəcə olaraq atəş etməyə başladım, bu qədər. Bunu elə-belə - gülmək üçün elədim. Sadəcə olaraq, bazar ertəsini heç sevmirəm. Belə etməklə, heç olmasa bir az əyləncəli oldu. Bazar ertəsini heç kim sevmir."
Yaşının az olması cəzasına təsir etmədi
Məhkəmədə uzun müddət davam edən danışıqlardan sonra Brendanın yaşının az olmasına baxmayaraq, yetişkinlər kimi mühakimə olunması qərarı verildi. O, iki nəfərin ölümündə və silahlı hücüm törətməkdə günahkar bilinərək, ömürlük həbs cəzasına məhkum edildi. Sadəcə bir haqqı var idi - 25 ildən sonra əfv üçün müraciət etmək. Artıq 4 dəfə onun bu əfv ərizəsinə rədd cavabı verilib və növbəti müraciətini ancaq 2019-cu ildə edə biləcək.
Bu hadisə haqqında çox danışdılar
Bu dəhşətli hadisədən bir müddət keçdikdən sonra, soyuqqanlı qatilin sözləri populyarlıq qazanmağa başladı.
Mən bazar ertəsini sevmirəm - I Don’t Like Mondays. İrland musiqi qrupu The Boomtown Rats "I Don’t Like Mondays" adlı mahnısını da bu hadisədən təsirlənərək bəstələyib.
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO