27 İYUL
Bizi izləyin

Qırmızı.az

27 İYUL

1826-cı il. Gəncədə çar Rusiyasının müstəmləkəçilik siyasəti əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyana Cavad xanın oğlu Uğurlu xan başçılıq edirdi. Rusiya-İran müharibəsi (1826-1828) dövründə baş verən üsyan çar qoşunları tərəfindən amansızlıqla yatırılıb.

1789-cu il. ABŞ federal hökumətinin ilk dövlət orqanı – Xarici İşlər Departamenti yaradılıb. Sonradan bu qurumun adı dəyişdirilərək Dövlət Departamenti olub.

1794-cü il. Parisdə baş verən 9 termidor dövlət çevrilişi nəticəsində Yakobin diktaturasına son qoyulub, ölkənin faktiki rəhbəri olan Maksimilian Robespyer və onun tərəfdarları edam ediliblər. Bu çevriliş Fransa burjua inqilabının tənəzzülünün başlanğıcı olub.

1866-cı il. Dünyada ilk dəfə olaraq, iki qitəni birləşdirən teleqraf xəttinin çəkilişi uğurla başa çatdırılıb. Transatlantik teleqraf xətti İrlandiyanın Valentia adası ilə Kanadanın Nyufaundlənd vilayətini birləşdirib.

1921-ci il. Kanadanın Toronto Universitetinin biokimyaçı alimi Frederik Bantinqin rəhbərlik etdiyi tədqiqatçılar qrupu insulinin kəşf edildiyini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm