Türkiyə polisi “Zaman” qəzetinin 47 əməkdaşını həbs etdi
Bizi izləyin

Dünya

Türkiyə polisi “Zaman” qəzetinin 47 əməkdaşını həbs etdi

Türkiyə polisi bu gün səhər saatlarından “Zaman” qəzetinin keçmiş əməkdaşları və yazarlarına qarşı xüsusi əməliyyata başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı 47 nəfər saxlanılıb.

Saxlanılanlar arasında “Zaman” qəzetinin tanınmış keçmiş yazarı Şahin Alpay, Ali Bulaç, Abdülhamit Bilici, Mehmet Kamış və Mümtazer Türköne də var. Onlar səhər saatlarında polislər tərəfindən evlərinindən aparılıb.

Xatırladaq ki, “Zaman” qəzeti 2015-ci ilin mart ayında Fətullah Gülənlə əlaqəsinə görə bağlanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm