Şirvandakı yaralılardan biri Bakıya gətirildi
Bizi izləyin

Qırmızı.az

Şirvandakı yaralılardan biri Bakıya gətirildi

Ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayış nəticəsində yaralananlardan biri Bakıya gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın Publika.az-a verdiyi məlumata görə, həmin şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun sözlərinə görə, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 7 nəfər müalicə alır.

“Onlardan 3-ü bir neçə saata konsiliumun qərarına əsasən evə buraxılacaq. Digərləri isə müalicələrini davam etdirəcək. Hazırda müalicə alan xəstələrin hər birinin vəziyyəti yaxşıdır. Ola bilər ki, qalan dörd nəfər də bu gün axşam saatlarında evə buraxılsın”.

Qeyd edək ki, ötən gün “Araz” zavodunda baş vermiş partlayış nəticəsində 24 nəfər yaralanıb, 2 nəfər isə ölüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm