Zəlimxan Yaqubun ölümqabağı SON İSTƏYİ
Bizi izləyin

Magazin1

Zəlimxan Yaqubun ölümqabağı SON İSTƏYİ

Xalq şairi Zəlimxan Yaqubun qəbirüstü abidəsi hələ də götürülməyib.

Publika.az-a danışan şairin ömür-gün yoldaşı Sahibə xanım qəbirüstü abidəninin şairin ildönümündə hazır olacağını deyib.

Sahibə xanım Zəlimxan Yaqubla bağlı maraqlı faktları da açıqlayıb:

“Onun masasında hələ mürəkkəbi qurumamış nə qədər şeirləri var. Birinə də əl vurmamışıq. Zəlimxan nəyi necə qoymuşdusa, eləcə də qalıb. Nə qədər ki, bu ev durur, onun otağında hər şey qoyub getdiyi kimi qalacaq. Onsuz bizə çox ağırdır. Ölümündən əvvəl məni çağırıb dedi ki, ölümdən qorxmuram, siz də mənə görə qorxmayın. İstəyirdi ki, onun ölümündən sonra fikir etməyim, uşaqlara həyan olum. Amma bilirdi ki, onsuz mənə çətin olacaq. Mənə dedi ki, Sahibə, sən ölənə kimi məni ağlayacaqsan. Düz deyirmiş, onsuz bu həyatda yaşamaq çox çətindir. Zəlimxan evdən yox, eldən getdi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm