Quran təhqir olundu - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Quran təhqir olundu - FOTO/VİDEO

Britaniyanın Channel 5 telekanalında nümayiş olunan və dünyaca məşhur "Fireman Sam" animasiya filmində Quran ayaqlar altına salınıb, müsəlmanlar aşağılanıb.

Milli.Az Daily Middle East Eye-ə istinadən bildirir ki, animasiya filminin seriyalarından birində yanğınsöndürmə idarəsində nahar zamanı yerə atılmış quran səhifəsi tapdanılır və "qəhrəman"lardan biri Elvis əlində çay sinisi tutaraq heç nə olmamış kimi davranır.

Britaniyadakı müsəlmanların kəskin etirazlarından sonra Channel 5 telekanalının rəhbərliyi üzr istəyib, həmin seriyanı onlayn-nümayiş üçün nəzərdə tutulmuş yaddaş bazasından silib.
Britaniya İslam Şurası yaydığı bəyanatda bildirir ki, animasiya filmində yerə atılmış Quran səhifəsində "Hədid" (57-ci) surəsinin 13-26-cı hədisləri var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm