FED-in faiz qərarını BU GÜN AÇIQLAYACAQ
Bizi izləyin

Ekopublika.az

FED-in faiz qərarını BU GÜN AÇIQLAYACAQ

ABŞ Mərkəzi Bankının (FED) dünən başlayan toplantısı bu gün başa çatacaq.

Publika.az xəbər verir ki, bank faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Nəzərə çatdıraq ki, bazar gözləntiləri faizin yuxarı tavanının 0,50%-də qalacağı istiqamətindədir. Belə ki, mütəxəssislər FED-in faizləri artıracağını gözləmirlər. Ancaq ilin qalan müddətində ən az bir dəfə faiz artımının olacağını təxmin edirlər.

Bildirək ki, bankın sentyabr və ya dekabr ayında reallaşacaq toplantılarında faiz artımına getmə ehtimalı bugünkü yığıncaqdan sonra veriləcək açıqlamalardan hiss ediləcək. Proqnozlar var ki, faizlər sentyabr və ya dekabrda 25 bənd artırılacaq.

Digər mərkəzi bankların pul siyasətlərini yumuşaltdığı dövrdə FED pul siyasətini sərtləşdirməyə çalışır. ABŞ dollarını gücləndirərək iqtisadiyyatdakı artıma mənfi təsir etməmək üçün bankın cari ildə bir və ya iki dəfə faiz artımına gedəcəyi istisna olunmur.

Nəzərə çatdıraq ki, FED-in növbəti yığıncağı 20-21 sentyabrda keçiriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm