Sevdiyiniz qidaların xarakterinizə HEYRƏTAMİZ TƏSİRİ
Bizi izləyin

Bilgi.az

Sevdiyiniz qidaların xarakterinizə HEYRƏTAMİZ TƏSİRİ

İnsanın xarakterini öyrənmək üçün nə doğulduğu ay üzrə bürcə baxmağa, nə psixoloqa, nə də falçıya getməyə ehtiyac var. Xoşladığınız yemək və tərəvəzlərlə də bunu müəyyən etmək olur.

Publika.az xəbər verir ki, araşdırmalara görə, eqoistlər turş yeməkləri xoşlayır. Özlərini qurban verməyə hazır olanlar və romantiklər şirniyyat olmadan dura bilmir. Duzlu yeməyə meyllilik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaqları ilə də fərqlənirlər. Şit yemək xoşlayanlar da əliaçıqlıqları ilə seçilmirlər. İstiotlu yeməkləri xoşlayanlar isə sadəlövh və səmimi olurlar. Qaynar temperamentli istiotsevərlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Tərəvəzi sevən adamlar digərlərindən fərqli olaraq daha enerjili olurlar. Bu səbəbdən də onların zəhməti bəhrəsiz qalmır. Karyeralarını daha rahat qururlar. Biliyə yiyələnməyə can atan tərəvəzsevərlər eyni zamanda şöhrətpərəst olurlar. Sağlamlıqlarının qədrini bilən bu tip adamlar məişətdə sülhsevər olur, münaqişələrdən qaçırlar. Vegetarianlara da duzdan az istifadə etmək məsləhət görülür. Əks halda onlar müəyyən xəstəliklər qazana bilərlər.
Ayrı-ayrılıqda tərəvəzlərə simpatiya da insan xarakteri haqda informasiya daşıyır. Xiyar və yemiş xoşlayanlar cəsur və ciddi olur, təsir altına düşmürlər. Daha çox idmançı və səyyah olan bu cür kişilərin yanında qadınlar özlərini arxayın hiss edirlər. Qarşılarına qoyduqları məqsədlərə tez yetişən bu insanlarda romantizm yoxdur. Hər iki tərəvəzi xoşlayan qadınlar, adətən, yüksək vəzifələr tutsa da, ailə həyatında uşaq kimi köməksiz olurlar. Lakin belə qadının qismində kişi hər zaman özünə sadiq və yaxşı dost tapa bilər.

Pomidor sevən adamlar isə şən və fəal olurlar. Lakin onların davranışları çox vaxt münaqişələrə səbəb olur. Bu tipli kişilər emosional və tənbəldirlər. Vaxtlarının çoxunu evdə keçirməyə üstünlük verirlər. Pomidorla yemişi xoşlayanlar isə sakit və təmkinli olurlar. Həmçinin gözəl əşyaları xoşlayırlar. Bu tərəvəzləri sevənlərdən, adətən, rəssam və musiqiçilər çıxır. Çatışmayan cəhətləri isə özünə vurğunluqları və eqoist olmalarıdır.

Ananası sevən insan hər bir sözünü götür-qoy edir, onunla həmfikir olmayanlardan uzaq olmağa çalışır. Onların etdikləri hər bir hərəkət, istifadə etdikləri hər bir əşya zövqlə seçilmiş olur.
Psixoloqlar həmçinin tərəvəzlərin xasiyyətdəki dəyişikliklərə necə təsir etməsini də müəyyənləşdirə bilib. Belə ki, çoxlu kələm yemək insanı üzüyola, yerkökü yemək isə şikayətcil edir. Pomidor müəyyən məqsədə doğru daha çox çalışmaq həvəsi, xiyar isə diqqətsizlik yaradır. Kartof ağır xasiyyət və digərlərinin fikirlərinə dözümlülük yaradır.

Meyvə və giləmeyvə sevənlər çox diqqətli olurlar. Çoxlu dostları olan belə adamlar karyera qurmağı və başqaları ilə rəqabətə girməyi xoşlamırlar. Meyvə sevərlərdə də romantizmə meyllilik var, ona görə yaradıcılıqda uğur qazana bilirlər. Bundan başqa, onlar çəkingən olur, ətrafdakıların onları başa düşməyəcəyindən ehtiyat edirlər.

O ki qaldı ət yeməyi xoşlayanlara, onlar həyatda uğur əldə etməyə çətinlik çəkmirlər və eyni zamanda ambisiyalı olur. Lakin tərəf müqabili kimi daimi olmurlar və başladıqları işi çox vaxt sonlandıra bilmirlər. Öz istəklərini həyata keçirmək məqsədi ilə bəzən istənilən situasiyadan sui-istifadə edə bilirlər. Ət yeməyi xoşlayanlar tənqidləri sakit qarşılaya bilmirlər. Onlar, adətən, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.

Balıq sevənlər öz sakitliyi və daimiliyi ilə fərqlənir. Dözümlü olmaları onlara dostları və həmkarları arasında hörmət qazandırır. Ailədə belə insanlara arxalanmaq olar. Lakin bir qədər səmimilikləri çatmır. Nadir hallarda başqaları haqda açıq fikir bildirir və bununla da ilk növbədə özlərinə ziyan vururlar.

Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar. Həddən artıq açıq olmaları bir çox hallarda həmsöhbətlərinin xətrinə dəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm