Borca düşdü, küçədə lüt gəzdi - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Borca düşdü, küçədə lüt gəzdi - FOTOLAR/VİDEO

Pivəxanalardan birinə yollanıb orada içən və sərxoş olan kişi çölə çıxıb, soyunub və lüt vəziyyətdə gəzməyə başlayıb.

Hadisə Çexiyanın Prşerova şəhərində baş verib. Küçə ilə tələsmədən yeriyən lüt kişi mobil telefonla danışırdı.
Hadisə yerinə çağırılmış polislər sərxoşu saxlayıblar.

Polisdə verdiyi ifadəsində həmin şəxs bildirib ki, o pivəxanada həddən artıq içib, amma içkinin pulunu verə bilməyib.

"Borca düşdüyümdən paltarımı pivəxanada girov qoyub çıxdım. Evə gedib pul götürəcək, pivəxanaya qayıdıb borcumu ödəyəcəkdim," - tutulan şəxs deyib. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm