Rusiya gömrüyünün rəhbəri həbs edilir
Bizi izləyin

Dünya

Rusiya gömrüyünün rəhbəri həbs edilir

Rusiya Federal Gömrük Xidməti rəhbəri yaxın saatlarda istefa haqqında ərizə yazacaq.

Publika.az xəbər verir ki, bu haqda “Slon.ru” saytı yazıb.

Sayt yazır ki, “Gazeta.ru”da göstərilən kadrlardan sonra vəzifənin saxlanılması saat və ya günlərin məsələsidir. Dünən isə “Dojd” kanalı hökumətdəki mənbələrinə istinadən Andrey Belyaninovun öz istəyi ilə istefa ərizəsini yazdığını bildirib.

“Mümkündür ki, Belyaninov hətta barmaqlıqlar arxasında olacaq. Bunu istisna etmək lazım deyil”, - “Slon.ru” bildirb.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib. İstintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb. Axtarışlar həmçinin Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.

Mənbənin “Gazeta.ru”ya bildirdiyinə görə, istintaq bu şəxslərin qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyəti barədə faktlara malikdir. Məlumata görə, Rusiya gömrük rəhbəri Andrey Belyaninovun iş otağında barəsində cinayət işi başlanmış “Forum” holdinqinin rəhbəri Dmitri Mixalçenkonun vizit kartları aşkarlanıb.

Qeyd edək ki, axtarış zamanı Andrey Belyaninovun evində ayaqqabı qutularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 milyon rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Bundan başqa, tədqiqatçılar onun Moskvadakı üç mənzilində axtarışlar aparıblar.


Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır.

Belyaninov müstəntiqlərə bildirib ki, onun evində tapılmış pul “ailə yığımları”dır.

Qeyd edək ki, Federal Gömrük Xidməti rəhbəri 1978-ci ildə “KQB”-də (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi-DTK) işə başlayıb. Şərqi Almaniyadakı vəzifəsi əsnasında hazırkı prezident Vladimir Putinlə tanış olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm