“Təyyarənin vurulması əmrini...” - Davudoğlundan ŞOK SÖZLƏR
Bizi izləyin

Dünya

“Təyyarənin vurulması əmrini...” - Davudoğlundan ŞOK SÖZLƏR

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu NTV kanalının efirində gündəmlə əlaqədar suallara cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş baş nazirə ünvanlanan suallardan biri 24 noyabr 2015-ci ildə Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı olub.

Davudoğlu təyyarənin vurulması əmrinin onun tərəfindən verildiyinə dair iddiaları şərh edib.

“Düşünün, 14-17 saniyə davam edən bir hava məkanı pozuntusunda baş nazirin həmin spesifik hadisə üçün əmr verməsi mümkündürmü? Bunu iddia edənlər dövlətin necə işlədiyini bilməyənlərdir. Pilot hava qüvvələri komandirinə, baş qərargah başçısını, o da mənə məlumat verəcək və mən də “vurun” deyəcəyəm…”, - Davudoğlu qeyd edib.

O, Rusiya təyyarəsinin vurulmasından prezident Rəcəb Tayyib Ərdoğanın xəbərdar olmasının mümkünsüz olduğunu da xatırladıb.

Ə.Davudoğlu indi Türkiyənin Rusiya ilə başlatdığı siyasətin bu günün tələblərinə görə tam doğru olduğunu söyləyib.

Qeyd edək ki,Türkiyə baş nazirinin müavini Mehmet Şimşək noyabrın 24-də Rusiyaya məxsus təyyarəni vuran pilotların buna özlərinin qərar verdiyini deyib.

"Pilotlar özləri Rusiya təyyarəsini vurmaq qərarına gəliblər. Əlimizdə həmin pilotların hərbi çevriliş cəhdi zamanı bombardmanlara qoşulmalarına dair məlumat mövcuddur”, - o, vurğulayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm