“Prezidentlər bu məsələdə razılığa gəliblər” – Uorlik
Bizi izləyin

Nida.az

“Prezidentlər bu məsələdə razılığa gəliblər” – Uorlik

Prezident İlham Əliyevlə Serj Sarkisyan təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişlənməsi ilə bağlı məsələdə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "RİA Novosti"yə açıqlamasında deyib.

"Minsk qrupunun həmsədrləri gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin irəliləməsi ilə bağlı Vyana və Sankt-Peterburqda prezidentlərin götürdüyü öhdəliklərin reallaşdırılması istiqamətində fəal işləyir. Prezidentlər təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı məsələdə razılığa gəliblər. Hər iki tərəfdən yüksək vəzifəli şəxslərin iştirakı ilə danışıqlar prosesinin davamı planlaşdırılır. Diplomatik istiqamətdə irəliləyiş tərəflər arasında gərginliyin azalması üçün lazımlıdır", - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm