MSK-dan referendum AÇIQLAMASI
Bizi izləyin

Nida.az

MSK-dan referendum AÇIQLAMASI

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı ilin sentyabrın 26-na təyin edilmiş referendumun hazırlanıb, keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq edilməsi məsələsinə baxılıb.

Təqvim plan barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, bütün ölkə ərazisində müşahidə aparılması məqsədilə MSK-ya ərizələr sentyabrın 16-a qədər təqdim olunmalıdır: "Zəruri referendum sənədlərinin təqdim edilməsi avqustun 22-nə qədər davam edəcək. Seçkiqabağı təşviqat aparılması prosesi səsvermə gününə 23 gün qalmış, yəni sentyabrın 3-də başlayıb, 25 sentyabr 8:00-da yekunlaşacaq. Bildirişlərin çap edilməsi isə avqustun 17-ə qədər başa çatacaq. Referendum haqqında rəsmi elanın dərc edilməsi oktyabrın 21-də baş tutacaq".

A.Muxtarova deyib ki, maarifləndirmə tədbirləri isə mütəmadi olaraq həyata keçiriləcək.

Daha sonra təqvim plan səsverməyə çıxarılaraq qəbul edilib.

İclasda ümumxalq səsverməsində vətəndaşların seçki huquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində ekspert qrupunun yaradılması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, 9 nəfərlik ekspert qrupu vətəndaşların referendum hüquqlarının pozulması üzrə seçki komissiyalarına daxil olan şikayətləri araşdıracaq.

Sonra qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin iclasda referendumda MSK nəzdində işçi qrupu yaradılması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm