AĞLAGƏLMƏZ OLAY: 4 uşaq atası 52 yaşlı sevgilisini...
Bizi izləyin

Bilgi.az

AĞLAGƏLMƏZ OLAY: 4 uşaq atası 52 yaşlı sevgilisini...

Psixoloji problemləri olan 56 yaşlı kişi mübahisə etdiyi 52 yaşlı sevgilisini çörək bıçağı öldürdükdən sonra intihar edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün saat 11.30 radələrində İzmirdə 8 mərtəbəli binanın son mərtəbəsində baş verib. 56 yaşlı kişi ilə 52 yaşlı sevgilisi arasında mübahisə düşüb. Qəzəbli kişi əvvəlcə sevgilisini bıçaqlayıb. Qadın yerindəcə keçinib. Daha sonra kişi 3 dəfə kəlmeyi-şəhadət gətirib və özünü 8-ci mərtəbədən ataraq intihar edib. Mübahisəsinin nə üstündə düşdüyü isə məlum deyil.

Məlumat üçün bildirək ki, 56 yaşlı 4 uşaq atası Yavuz Ü. həyat yoldaşından boşandıqdan sonra 52 yaşlı İlknur adlı qadınla vətəndaş nikahında yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm