Müdafiə Nazirliyində psixoloqların iştirakı ilə toplantı
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyində psixoloqların iştirakı ilə toplantı

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Publika.az nazirliyin saytına istinadən bildirir ki, toplantıda “Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması”, “Kollektivin psixoloji durumuna təsir edən amillər”, “Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu” və digər mövzular üzrə mühazirələr dinlənilib.

Tədbirdə aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm