Da Vincinin gen xəritəsi açıqlanacaq
Bizi izləyin

Bilgi.az

Da Vincinin gen xəritəsi açıqlanacaq

1452-ci ildə doğulan Leonardo da Vinci haqqında yazılan kitablar, çəkilən filmlər və seriallarla ölümündən əsrlər keçsə də, yenə də insanların maraq obyektində olan bir şəxsiyyətdir. Elm və incəsənətin az qala hər sahəsinə verdiyi töhfələri ilə bu günlərdə də populyarlığını qoruyub saxlamasında təəccüblü heç nə yoxdur. Da Vinci fenomenal şəxsiyyət idi - buna heç bir şübhə yoxdur.

Normal olmayan yeganə insan isə elə Da Vincinin özüdür.

Normal olmayan yeganə insan isə elə Da Vincinin özüdür.

Belə bir insanı bəşəriyyət tarixi necə normal qarşılaya bilərdi ki? Qoldakı əzələ hərəkətlərini göstərən anatomik işlərini yayımladığda dünya tarixi 16-cı əsrini yaşayırdı. 40-cı illərdə kəşf edilən vertolyotların isə dizaynı 15-ci əsrin sonlarında onun tərəfindən çəkilmişdi. Hərbi tanka bənzər 360 dərəcə silahlı maşınını istehsal etdiyində isə hələ 1485-ci il idi.

Mona Lisa, Sonuncu Axşam Yeməyi kimi tablolarındakı sirləri hələ də açmağa çalışırlar.

Mona Lisa, Sonuncu Axşam Yeməyi kimi tablolarındakı sirləri hələ də açmağa çalışırlar.

Da Vincinin çəkdiyi tabloların alt təbəqələrində gizlənmiş mətnlərin olduğu haqqında iddialar incəsənət tarixçiləri və alimlər arasında çox məşhurdur. Elə bu iddialar üzərində əsərlərini yazan Dan Braunun kitabları da olduqca çox satılır. Belə bir inanılmaz intellektə və futurist dünyagörüşünə sahib olan insanın tibbin inkişafı ilə daha dərindən araşdırılması ehtiyacı da meydana çıxır.

"The Leonardo Project"

Dünyanın müxtəlif hissələrindən olan geneoloq, arxeoloq, incəsənət tarixçiləri, Bill Gates və hətta İngiltərə Kraliçası da bu mövzunun üzərində işləmək üçün bir yerə toplaşıblar. Onlar Leonardo da Vincinin gen xəritəsini çıxarmaq qərarına gəliblər.

Alimlər və investisiya komandasının əsas məqsədi bu layihə ilə Da Vincinin xarici görünüşü, həyat tərzi və hətta yemək vərdişlərinə qədər bir çox mövzuda məlumat sahibi olmaq, dahinin düşüncə sxemini dərk edə bilməkdir. Bunun sayəsində "necə belə futurist dünyagörüşlü və intellektl ola bilərik?" sualının da cavabını tapmaq məqsədlərdən biridir.

İşi çətinləşdirən önəmli faktor mövcuddur.

İşi çətinləşdirən önəmli faktor mövcuddur.

Əvvəllər də Kral III. Richard, Don Kixotun müəllifi Cervantes və 430 min yaşı olan insan fossili üzərində aparılan və uğurlu olan bu proyekt Leonardo da Vinci layihəsində bir az çətin olacaq. Çünki hər hansı bir fossilin gen xəritəsini çıxarmaq üçün alimlərə kömək edən şey sümüklər olur. Leonardo da Vincinin sümüklərinin isə harada olduğu müəyyən deyil.

Dahinin məzarı Fransada yerləşsə də, sümüklərinin həqiqətən bu məzarda olub-olmadığı mübahisəlidir. Bu da da Vincinin genlərinə çatmaq üçün ən böyük çətinliyi yaradan amildir. Tədqiqatçılar da İtaliya və Fransa kilsələrini xüsusi radarla nəzərdən keçirərək, Da Vinci və ailə üzvlərinin genetik qalıq və sümüklərini tapa biləcəklərini düşünürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm