Kiyevdən XƏBƏRDARLIQ: “Rusiyanın silahı Qərbi təhlükə altına qoyur”
Bizi izləyin

Dünya

Kiyevdən XƏBƏRDARLIQ: “Rusiyanın silahı Qərbi təhlükə altına qoyur”

“Rusiya Qərbi hədələyən kibernetika silahına malikdir”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya təhlükəsizliyi və müdafiəsi məsələləri üzrə Xidmətin rəhbəri Valentina Petrov deyib.

Petrov qeyd edib ki, Ukraynanın energetika müəssisələrinə haker hücumların izləri Rusiya serverlərinə aparır. Lakin o, kiberhücumların həyata keçirildiyi vaxtı dəqiqləşdirməyib.

“Rusiyanın kiber hücumu kibernetika silahının mövcudluğunu göstərmək üçün əyani sübutdur. Bu silah Qərb ölkələrinin təhlükəsizliyini təhlükə altına qoyur”, - Petrov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm