Azyaşlı anaların hekayələri - FOTOLAR
Bizi izləyin

Qadın

Azyaşlı anaların hekayələri - FOTOLAR

Dünyanın müxtəlif yerlərindən olan azyaşlı analar fotoqraf və kinorejissor Pieter Ten Hoopen-lə hekayələrini bölüşüblər.

  • Publika.az BBC-yə istinadən xəbər verir ki, hər il dünyada hələ 15 yaşı olmamış təxminən iki milyon qız dünyaya uşaq gətirir. Sağlıq riski ilə yanaşı bu, onların məktəbdən qalmasına və gələcək iş imkanlarına mənfi təsir edə bilər. Fotoqraf və kinorejissor Pieter Ten Hooper Copenhagen-də keçiriləcək Qadın Doğuşu konfransından öncə bəzi azyaşlı analarla söhbət edib.14 yaşı olan Keya, 21 yaşlı əri Cahangir, iki aylıq oğlu Rəhim və ərinin valideynləri ilə birgə Banqladeşin kasıb bölgəsində yaşayır. Keya və əri bir-birinə vurulub və valideynlərinin istəyinə zidd olaraq, Keya 13 yaşında olarkən evləniblər. Doğuş çətin keçib və az qala Keya həyatını itirəcəkdi. "Mən 13 yaşımda evlənərkən xoşbəxt idim," Keya deyir. "Mən sadəcə bir il məktəbə getmişəm, çünki ailəm çox kasıb olub. Mən uzun illər evdə anama kömək etmişəm. Mən ərimi qonşuluqdan tanıyıram və sonra anladım ki, onunla evlənmək istəyirəm. "Qayınanam məndən özümü necə hiss etdiyimi soruşdu və xəstə olduğumu dedim. O, uşağı tutmaq üçün əlindən gələni etdi, lakin təkbaşına bunu bacarmadı. Sonra anam gəlib məni klinikaya apardı".

  • 15 yaşı olan Ana, dörd aylıq qızı Karen, valideynləri və iki bacısı ilə birgə Kolumbiyadakı böyük şəhərlərdən birində, təhlükəli məhəllədə yaşayır. O, sevgilisindən hamilə qalanda səkkizinci sinifdə oxuyurdu. Sevgilisi daha sonra onu tərk edib. Ana, son üç aylığında preeklampsiyaya tutulur və təcili tibbi yardıma ehtiyac olur. "Mən səkkiz aylıq hamilə olanda çox yüksək qan təzyiqim var idi. Mən klinikaya getdim və onlar məni dərhal doğuş kamerasına apardılar. Mən ana olmaq istəmirdim, lakin Karen üzümə güləndə anlayıram ki, bu çox gözəl bir hissdir".

  • Aissa-nın da 15 yaşı var və o, 13 aylıq qızı Fati, anası və iki bacısıyla Burkina Faso-da, əyalətdə yaşayır. O, müəllimi tərəfindən cinsi təcavüzə məruz qalıb və nəticədə hamilə olub. Müəllim daha sonra bir illik işdən kənarlaşdırılıb. "Hamilə olanda mənim 14 yaşım var idi. Bu, imtahanlardan sonra baş verdi. Müəllimi çağırdım ki, nəticələri mənə desin. Ondan sonra nömrəmi aldı və hər dəfə zəng edib məni çağırırdı yanına. "Dedim ki, gəlməyəcəm. Sonra bir gün o məni hədələdi və dedi ki, əgər getməsəm problem olacaq. Qorxdum və imtahanların nəticəsini öyrənmək üçün getdim. Sonra məni zorladı".

  • Son beş ildə Elianne, 2010-cu ildə Haitidə baş vermiş zəlzələdən sonra atası və iki bacısı ilə birgə didərgin düşərgəsində yaşayır. Elianne sevgilisindən hamilə qaldıqdan sonra məktəbi tərk etməli olub. Yeddi aylıq hamilə olanda oğlan uşağını dünyaya gətirir, lakin körpə daha sonra həlak olur. "Mən ağrılar hiss edəndə yeddi aylıq hamilə idim. Bir həftə sonra qərara gəldim ki, xəstəxanaya gedib özümü yoxlatdırım. Getdiyim hər bir xəstəxanada məni qəbul etməkdən imtina edirdilər və deyirdilər ki, mənim vəziyyətim çox ciddidir və uşaq, ya da mən ölə bilərik".

  • 15 yaşı olan Əmirə iki oğlu, bir yaşlı Samir və 12 günlük Amal və əri ilə birgə İordaniyadakı qaçqın düşərgəsində yaşayır. O, Suriyadakı müharibəyə görə məktəbi yarımçıq dayandırmalı olub. Əmirə 13 yaşında evlənib və iki övladını düşərgədə dünyaya gətirib. "Uşaqlara baxmaq mənim kimi uşaq üçün çox çətindir. Məsələn, mən əmin deyiləm ki, uşaqları həmişə yanımda gəzdirməliyəm ya yox. "Bundan başqa, ərimin də qayğısına qalmalıyam. Özümə heç vaxt ayıra bilmirəm. Uşaqlarım bütün ev işlərindən daha çox vaxt alır. Yeni doğulmuş çağa çox ağlayır. Bəzən heç bilmirəm niyə ağlayır. O elə ağlayır".

  • 14 yaşlı Mulenga qızı, valideynləri, atasının ikinci arvadı və 10 bacı-qardaşı ilə birgə Zambiyadakı ucqar kənddə yaşayır. O, məktəbə gedirdi və həkim olmaq istəyirdi, lakin bir gün anası onun hamilə olduğunu öyrənir. "Ana olmaq çox çətindir. Artıq oynamağa vaxtım yoxdur. Evdə qalıb qızıma baxmalıyam, onun altını dəyişməliyəm. Uşağım olmamışdan əvvəl çox oynayırdım və istədiyim yerə gedirdim. Futbol oynamağı çox sevirdim".

  • Poko-nun 15 yaşı var. O, üç yaşlı oğlu Tiga, valideynləri, nənəsi və xalası ilə birgə Burkina Fasoda, ucqar kənddə yaşayır. O doğuş zamanı az qala həyatını itirmişdi. Onun ailəsi çox kasıbdır Poko-nun məktəbi davam etdirməsi üçün pul ödəməyə imkanı yoxdur. "Hamilə olanda mənim 12 yaşım var idi. Həmin vaxt bu şeylərdən heç başım çıxmırdı. Bir gün görüşdüyüm bir oğlan onlara getməyimi istədi. Bilmirdim niyə, o dedi ki, axşam olanda bir yerdə yatacağıq. Ora getdim və o mənimlə cinsi əlaqəyə girdi. İlk dəfə idi ki, cinsi münasibətdə olurdum".

  • 15 yaşlı Thandiwe doqquz aylıq qızı Anna, əri və ərinin valideynləri ilə birgə Zambiyada ucqar kənddə yaşayır. O hamilə olanda məktəbi tərk etməli olur və övladının atasıyla evlənir. "Mən hələ də ana olmağa hazır hiss etmirəm özümü, çünki uşağımın olacağını heç gözləmirdim. "Hamilə olmamışdan əvvəl altıncı sinifdə oxuyurdum. Aşpaz olub şəhərdə işləmək istəyirdim. Sonra doqquzuncu sinifdə oxuyan bir oğlanla tanış oldum. "Bizim ciddi münasibətimiz yox idi, sadəcə təxminən beş dəfə görüşmüşdük. Hamilə olduğumu öyrənəndə qorxdum. Valideynlərim bu barədə biləndə məni ərimin evinə gətirdilər və tərk etdilər. Ora getmək istəmirdim, lakin onlar məni evlənməyə məcbur etdilər". Bütün şəkillər: Pieter Ten Hoopen / Plan İnternational / UNFPA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm