Bakıda yağdəyişmə sexində yanğın olub
Bizi izləyin

Hadisə

Bakıda yağdəyişmə sexində yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanıb.

Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən əriyib. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm