PKK-nı sevən NATO ölkəsi Türkiyə bayraqlarına qadağa qoydu – ŞOK QƏRAR
Bizi izləyin

Dünya

PKK-nı sevən NATO ölkəsi Türkiyə bayraqlarına qadağa qoydu – ŞOK QƏRAR

Avstriyanın Viener Neusttadt şəhərində yaşayan türklərə 15 iyul hadisələri ilə bağlı balkonlarına Türkiyə bayrağı asmaq qadağan edilib.

Publika.az xarici mediaya istindən xəbər verir ki, bu barədə qərar Viener Neusttadt şəhər bələdiyyəsinin sədri Klaus Şhneeberger tərəfindən verilib.

Klaus Şhneeberger Viener Neusttadt şəhərində yaşayan türk diaspora təşkilatlarına göndərdiyi məktubunda balkonlardan, ayrı-ayrı binalardan və ya evlərdən asılan Türkiyə bayraqlarının dərhal endirilməsini tələb edib.

Daha sonra məktubda deyilir ki, şəhərdə türk bayraqlarının asılması Türkiyə siyasətinin Avstriyaya gətirilməsi mənasını verir: “Mən şəhər meri olaraq balkonlardan, ayrı-ayrı binalardan və ya evlərdən asılan Türkiyə bayraqlarının təcili endirilməsini tələb edirəm. Bu şəhəri mənimsəmək istəyənlərə ölkəmdə yer yoxdur”.

Avstriyaya Azadlıq Partiyasının prezidentliyə namizədi Norbert Hofer də Türkiyə əsilli sakinlərin ölkə vətəndaşlığından çıxarılmasını çağırış edib.

Avstriyaya Yaşıllar Partiyasının Vyana əyaləti üzrə sözçüsü Joachim Kovacs isə Türkiyədə qiyama qarşı çıxan insanların kütləvi aksiyalarda tez-tez istifadə etdiyi “bozqurd” salamının ölkədə qadağan edilməsini tələb edib.

Qeyd edək ki, hazırda Avstriyada PKK terror təşkilatı üzvləri sərbəst şəkildə fəaliyyət göstərir. Hətta, Avstriya hökuməti PKK fəalları üçün ölkədə mitinqlər və ya tədbirlər təşkil etmək üçün yerlər ayıraraq, onlara açıq dəstək verir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm