20 min məhbus azadlığa çıxacaq
Bizi izləyin

Dünya

20 min məhbus azadlığa çıxacaq

Vyetnamda məhbuslar kütləvi şəkildə həbsdən azad olunacaq.

Publika.az BBC-yə istinadən xəbər verir ki. Vyetnam hökuməti büdcəyə qənaət etmək məqsədilə yaxın 2 il ərzində 20 min məhbusu azadlığa buraxacaq.

Bildirilir ki, bu qərar az ağır cinayət törətmiş, həmçinin cəzasının yarıdan çoxunu çəkmiş məhkumlara şamil olunacaq. Hər 3 aydan bir məhbuslar hissə-hissə azad olunacaq.

Qeyd edək ki, Vyetnam bir məhbus üçün 440 dollar pul xərcləyir. Məhbusları azad edməklə hökumət büdcəyə ildə 9 milyon dollar qənaət etmiş olacaq.

Vyetnam rəsmilərinin bildirdiyinə görə, keçmiş məhbuslar adi vətəndaşlarla bərabər hüquqlara malik olacaq. Lakin bəzilərinin üzərində yerli hakimiyyətin nəzarəti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm