Hakan Şükür həbs olunacaq
Bizi izləyin

İdman

Hakan Şükür həbs olunacaq

Türkiyə milli komandasının əfsanəvi futbolçusu olan sabiq millət vəkili Hakan Şükür həbs olunacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə məhkəməsinin müvafiq qərar çıxardığı deyilir.

Türkiyə mediası Hakan Şükürün “Fətullahçı” terror təşkilatının fəal üzvlərindən biri olması və hazırda ABŞ-da gizlənməsi barədə sensassion iddia irəli sürüb.

Məlumata görə, Hakan Şükürün sabiq millət vəkili kimi aldığı maaş da kəsiləcək.

Türkiyə mediası yazır ki, Hakan Şükürün “Fətullahçı” terror təşkilatının fəal üzvlərindən biri olması sübut olunub və hazırda onun ABŞ-dan ekstradisiya edilməsi üçün danışıqlar aparıldığı deyilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm