Ermənistanda kütləvi aksiyalar - FOTOLAR
Bizi izləyin

Dünya

Ermənistanda kütləvi aksiyalar - FOTOLAR

Ermənistandan prezident Serj Sarkisyanın əleyhinə etiraz aksiyası davam edir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvanda opera teatrının qarşısında yerləşən meydana toplaşan etirazçılar siyasi şüarlar səsləndirib. Onların sayının getdikcə daha da artdığı deyilir. Aksiya səhər saatlarına qədər davam edib. Nümayiş iştirakçıları bu gün axşam yenidən aksiyalara davam etmək qərarına gəliblər.

Dünən gecə Gümrü rayonunda da aksiyalar keçirilib. Aksiyada nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

“Aysor” qəzetinin məlumatına görə, “Asparez” jurnalistlər klubunun sədri Levon Barseqyan Gümrüdə həbs olunub. O, daha əvvəl İrəvandakı aksiyada saxlanılmışdı.

Səhər saatlarında sakitlik olsa da, aksiyalar axşam saatlarından etibarən davam edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm