Ərdoğanı bu “canavar”lar qoruyacaq - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğanı bu “canavar”lar qoruyacaq - VİDEO

Hərbi çevriliş cəhdində (15 iyul gecəsi) vertolyotların aramsız atəşinə məruz qalan Türkiyə Prezident Sarayı raketdən müdafiə sistemləri ilə təchiz edilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Sarayına havadan müdafiə üzrə ən son texnoloji müdafiə sistemləri qurulacaq.

Sarayda ASELSAN şirkəti tərəfindən istehsal olunan KORKUT Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsi də gündəmdədir.

Toplarla təchiz edilən sistem 400 metr yüksəklikdə uçan hər növ hava aparatlarını vurma gücünə sahibdir və təsirli silah sistemi sayılır. Əsasən bombardımançı təyyarələr və helikopterlər ilə mübarizə üçün nəzərdə tutulub.

Ömər Dağlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm