Referendum öncəsi təşviqat kampaniyasının tarixi açıqlandı
Bizi izləyin

Nida.az

Referendum öncəsi təşviqat kampaniyasının tarixi açıqlandı

Azərbaycanda referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendum öncəsi təşviqat kampaniyasının aparılacağı tarix açıqlanıb.

Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendum) hazırlanıb, keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub ki, referendum qabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, 2016-cı il sentyabrın 3-də başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək, sentyabrın 25-i saat 8.00-da dayandırılır.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının (MSK) ötən gün keçirilən iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.

Ekspert qrupuna aşağıda adları qeyd olunan şəxslər daxildir:

Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;

İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;

İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;

İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);

Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).

MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib.

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm