Qiyamçıların beyin komandası bəlli oldu – SİYAHI
Bizi izləyin

Dünya

Qiyamçıların beyin komandası bəlli oldu – SİYAHI

“Fəthullahçı Terror Təşkilatı”nının (FETÖ) hərbi çevrilişə cəhdini araşdıran Ankara Respublika Baş Prokurorluğu xuntaçıların qurduğu “Yurdda Sülh Şurası”nın hansı zabitlərdən təşkil edildiyini müəyyənləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qiyamçıların beyin komandası generallar Mehmet Partigöç, Erhan Caha, Faruk Bal, admiral İrfan Arabacı (qaçıb), polkovnik İlhan Karasu və kapitan Mustafa Şaban Gümüşiğnedən təşkil olunub.

Prokurorluq qiyamı idarə edən ilk üçlüyü də müəyyən edib. Bunlar Mehmet Partigöç, general Mehmet Dişli və general Metin İyidildir. Hərbi çevrilişə cəhd müvəffəqiyyətli olsaydı, “Yurdda Sülh Şurası”nın elan etdiyi hərbi vəziyyət çərçivəsində xunta hökuməti rəhbərliyə gətirilməli idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm