Mars haqqında bilmədiklərimiz: 100 illik sirli tarix
Bizi izləyin

Ekopublika.az

Mars haqqında bilmədiklərimiz: 100 illik sirli tarix

Məşhur “mars”, “snikers” şkoladlarını istehsal edən “Mars” şirkətinin varislərindən biri - Forrest Mars vəfat edib. Forrest 1931-ci ildə anadan olub, evlidir və dörd övladı var.

Publika.az xəbər verir ki, Forrest Yale Universitetinin incəsənət fakültəsini bitirib. O, Mars ailəsinin üzvü kimi “Mars Incorporated” şirkətinin və 11 milyard dollarlıq digər aktivlərin sahiblərindən sayılırdı. Forrest sərvətinin həcminə görə, Amerikanın ən zəngin adamlarının siyahısında 16-cı, dünyanın ən zənginləri arasında isə 25-ci sırada yer alırdı. Onun 25 milyard dolları var idi.

Qeyd edək ki, “Mars” şirkətinin təməli Franklin Klerens Mars tərəfindən qoyulub. O, 1882-ci ildə Minnesota ştatında doğulub. Gələcəyin böyük biznesmeninin ailəsi kasıb olub. Ona görə də yetkinlik yaşına çatan kimi Franklin ailəsinə dəstək olmaq üçün cipsi satmağa başlayıb. 19 yaşı olanda o, Etel Kissakla ailə qurub. 1894-cü ildə cütlüyün oğlu dünyaya gəlib. Ona Forest Franklin Mars adını veriblər. Lakin bu izdivac uzun çəkməyib. Franklin ikinci dəfə də eyni adlı xanımla - Etel Hili ilə ailə qurub. Bu evlilik ona həm yeni sevgi, həm də “şirin” həyat qazandırıb. Məhz xanımının dəstəyi ilə Frenk şirniyyat biznesinə başlayıb. 1911-ci ildə o, Etel ilə birgə Takoma şəhərində şəxsi mətbəxlərini açıblar. Yarıqaranlıq mətbəxdə yağlı kremlə şirniyyat resepti hazırlayıb satmağa başlayıblar.

1923-cü ildə Marsın kiçik fabriki yeni baton şokolad, "Milky Way" istehsal edib. Bu şokolad "Mayalanmış süd tərkibli şirin baton" sloqanı altında satışa çıxarılır. Məhz bu şokoladın sayəsində fabrikin gəlirləri demək olar ki, səkkiz dəfəyədək artır. O, yeni işçilər götürür, mağazaların sayını çoxaldır.

Frenk Mars səhmlərini artırmaq üçün yeni yatırım yerləri axtarmağa başlayır. Ailə 1929-cu ildə Çikaqoya gəlir, lakin burada biznesin ona baha başa gələcəyini görüb İllinoys ştatına üz tutur. Və bu ştat ona daha böyük gəlir gətirir. Getdikcə işləri böyüyən Mars ailəsi həm də yeni şirniyyat reseptləri düşünüb hazırlamağa qərar verir. Beləcə, 1930-cu ildə "Snikers" ərsəyə gəlir. Bu şokoladın bir dənəsi həmin dövrdə beş sentə satılırmış.

1932-ci ildə ata Mars oğlu Forest Marsa 50 min dollar və "Milky Way"in sirli reseptini hədiyyə edir. Pulu və resepti əldə edən Forest öz fabrikini açmaq üçün İngiltərəyə yollanır. O, burada yeni şokoladı "Mars" adı ilə satışa çıxarır. Fabrikə də "Mars Limited" adını verir.

1934-cü ildə Frenk Mars ölür. Oğul Forest fabrikləri tək idarə etməyə başlayır və biznesini genişləndirərək 1936-cı ildə "Chappie Bros Ltd"ni alır. 1939-cu ildə İngiltərə ilk dəfə olaraq "Kitikat"ın reklamını görür. Günü gündən gəliri artan Forest Mars 1940-cı ildə Amerikaya dönür və Cersi ştatında yeni şokolad fabriki - "M&M S"i yaradır. Bu rəngli şokoladlar tezliklə alıcıların, xüsusən də uşaqların sevimli şirniyyatına çevrilir.

1950-ci illərdə Forest daha bir biznes fəndi işlədərək fabriklərinin məkanlarını dəyişir. Məsələn, "Chappie" ni Amerikaya daşıyır və adını dəyişərək "Pedigree" qoyur. "Whiskas"ı Böyük Britaniyaya köçürür. Beləcə yenilik edərək insanlarda maraq yaradır.

Forest Mars 1960-cı illərdə fabrikin istehsalını genişləndirərək it və pişiklər üçün yeməkləri satışa çıxarır.

1973-cü ildə isə "Klix" içkisi alıcılara təqdim olunur. 1977-ci ildə isə "Mars Ltd" beş prinsipi - keyfiyyət, məsuliyyət, qarşılıqlı anlaşma, səmərəlilik, azadlıq sözlərini başlıca tutaraq dünyada öz sözünü deməyə başlayır.

1999-cu ildə 96 yaşlı Forest Mars ölür və şirkət oğlu Frenk Marsın əlinə keçir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm