Qubad İbadoğudan SOS: “Əhalimiz...”
Bizi izləyin

Ekopublika.az

Qubad İbadoğudan SOS: “Əhalimiz...”

“Əhalinin təkrar istehsalı aşağı düşür. 2013-14-cü illərlə müqayisədə nikahların orta aylıq sayı 43,1 faiz azalıb, boşanmalar isə 4,6 faiz artıb”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 25,0 min nikah və 5,2 min boşanma halları qeydə alınıb: “Deməli bu il orta hesabla ayda 5000 nikah və 1040 boşanma müqaviləsi qeydə alınıb. Ramazan və Məhərrəmlik ayı may ayından sonrakı dövrə təsadüf etdiyini nəzərə alanda il ərzində nikahların orta aylıq sayında daha çox azalma ehtimal oluna bilər. Müqayisə üçün qeyd edək ki, 2013-2014-cü illərdə nikahların orta aylıq sayı 7156, yaxud da bu ilin son 5 ayın göstəricisindən ayda 2156 nikah və ya 43,1 faiz çox, müvafiq dövrdə boşanmaları sayı 992, yaxud ayda 48 boşanma və 4,6 faiz az olub. Nikahların sayında kəskin azalma xüsusilə də gənclərin mənzil və iş problemlərinin, bir sözlə sosial-iqtisadi çətinliklərin atması ilə əlaqələndirmək olar. Bununla yanaşı çox güman ki, boşanmaların sayındakı artım ailənin xərclərinin çoxalması, gəlirlərinin azalması və dəyərsizləşməsi səbəbindən dolanışığın pisləşməsi ilə əladədardır.

Düşünürəm ki, bu faktlar ölkə üzrə əhalinin təkrar istehsalının aşağı düşməsinə gətirib çıxaracaq, bir sözlə əhalinin sayının artım tempinə mənfi təsir göstərərək. Bu tendensiya uzun müddətli dövrdə belə davam edərsə, Azərbaycan əhalisinin sayı növbəti on illiklərdə azala da bilər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm