Gəray Gəraybəyli baş direktoru işdən çıxardı
Bizi izləyin

Qırmızı.az

Gəray Gəraybəyli baş direktoru işdən çıxardı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev vəsifəsindən azad edilib.

Tədris Terapevtik Klinikasından Publika.az-a verilən məlumatda fakt təsdiqlənib. Lakin S.Musayevin hansı səbəbdən vəzifəsindən azad edilməsi barədə dəqiq məlumat verilməyib.

Qeyd olunub ki, onun yerinə Tədris Terapevtik Klinikanın Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib.

S.Musayev Publika.az-a bildirib ki, vəzifəsindən öz ərizəsi ilə çıxıb. Bundan sonra həkim kimi klinikada və kafedrada fəaliyyətini davam etdirəcəyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm